24 saat xidmətinizdə

Şirkət fəaliyyəti üzrə təklif etdiyi xidmətlər arasında öz müştərilərinə 24/7 yeni xidmət növü yaratmışdır. Bu xidmət, sığorta hadisələri baş verən zaman hadisə yerinə şirkətin ekspertlərinin dərhal göndərilməsini, yaranmış vəziyyətin səbəblərinin təcili araşdırılmasını, situasiyanın yerində ilkin qiymətləndirilməsini və hadisə
ilə əlaqədar bütün sübutları əsas götürərək zəruri rəy və hesabatların formalaşdırılmasını, o cümlədən, baş verən sığorta hadisəsi üzrə dəstək funksiyalarını da nəzərdə tutur.
Şirkətin maddi-texniki bazasına daxil olan avtomobillər mövcuddur ki, sığorta ekspertizası zamanı vəziyyətdən asılı olmayaraq tələb olunan yerə ekspertlərin vaxtında çatdırılmasını təmin edir. Bu, Şirkətin müştərilərin istəklərini tələb olunan müddət ərzində keyfiyyətlə icrasına və punktuallığa zəmin yaradan amil kimi çıxış edir.
Şirkət avto-qəzalar və digər oxşar hadisələr zamanı sığortalanmış avtomobillərin hadisə yerindən tələb olunan yerə daşınmasını təmin edir. Şirkətə məxsus olan bir sıra evakuatorlar mövcuddir ki, həmin nəqliyyat vasitəsiləri fasiləsiz rejimdə, bütün sutka ərzində öz müştərilərinə xidmət göstərmək üçün səfərbər olunur. Müştərilərin qayğısına qalaraq, yüksək səviyyəli xidmətin nümayiş etdirməsi və bu kimi yardımedici xidmətin göstərilməsi şirkət üçün prioritet hesab olunur.
Şirkət öz müştərilərinə yüksək səviyyəli xidmətin təşkili üçün dispeçer bölməsi yartmışdır. Həmin bölmənin funksional vəzifəsi şirkətin müştərilərinə fasiləsiz rejimdə xidmət göstərmək, müştərilərin sorğularını və sifarişlərini qəbul edərək qısa zaman ərzində işlərin icrasını təmin etməkdir. Bu bölmənin mövcudluğu müştərilərə keyfiyyətli xidmətin çatdırılmasında əlavə təminat kimi çıxış edir və işləri vaxtı-vaxtında, çevik şəkildə həyata keçirməyə imkan yaradır.


