Strateji hədəflər

Şirkət gələcək 3 (üç) il ərzində işini səmərəli təşkil etmək məqsədi ilə fəaliyyət göstərdiyi sahədə preoritet hesab olunan inkişaf istiqamətlərini seçmiş və öz qarşısında müəyyən strateji hədəflər təyin etmişdir. Strateji hədəflərin icrası mexanizmləri müvafiq qaydada təyin olunmuş, taktiki və fəaliyyət planları təsdiqlənmişdir.

Şirkətin strateji planı 2009-2011-ci illər dövrünü əhatə edir. Planda xüsusi diqqət rəqabət mühiti amilləri nəzərə alınıb, o cümlədən, şirkətin zəif və güclü tərəfləri qiymətləndirilmiş, imkanlar və təhlükələr risk baxımından ölçülmüş, keyfiyyətli xidmətin çatdırılması istiqamətində görüləcək işlərin konseptual konturları hazırlanmışdır. Bundan əlavə marketinq siyasəti, instutisional quruculuq, beynəlxalq təcrübəyə yiyələnmək, xarici şirkətlərlə partnyorluq əlaqələrin qurulması, müştəri bazasının genişləndirilməsi məqsədilə kompleks tədbirlərin görülməsi planda əsas vəzifəyə çevrilmişdir.
Planın formalaşdırılması zamanı şirkətin fəaliyyət göstərdiyi bazarın mühiti və konyekturası araşdırılıb, inkişaf templəri təhlil olunub, bazar iştirakçılarının bazar payı öyrənilib, instutisional parametrlər üzrə metodoloji bazanın vəziyyəti qiymətləndirib və yekunda bazarın inkişaf potensialı müəyyən olunub.
Şirkətin müəyyən etdiyi strateji hədəflər mahiyyətinə görə aşağıdakı nəticələrin əldə olunmasına görə formalaşdırılmışdır:

  • Sabit və dinamik inkişaf;
  • Dayanıqlı fəaliyyət;
  • Keyfiyyətli xidmət;
  • Sabit gəlirlilik;
  • Pozitiv imic;
  • Instusional quruculuq;
  • Risklərin idarəolunması;
  • Adekvat idarəetmənin təşkili.