Sığorta ekspertizası
Hal-hazırda bu xidmət növü sığorta bazarında kifayət qədər aktualdır. Bir çox yerli sığorta şirkətləri sığorta ekspertizası üzrə xidmətlərini təklif edən müstəqil şirkətlərlə əməkdaşlıq edir. Sığorta ekspertizası fəaliyyətini həyata keçirən şirkətlər yalnız bir istiqamətdə (yəni sığorta şirkətlərinə) xidmətlər göstərməyərək, həm də sığorta olunmuş hüquqi və fiziki şəxslərin hüquqlarının müdafiəçisi qismində də çıxış edirlər.
«Real-Prays» MMC sığorta ekspertizası xidmətləri göstərərkən qarant rolunda çıxış edir ki, bu da zərərlərin tənzimlənməsinə, sığorta hadisəsi faktının müəyyən edilməsinə, sığorta olunmuş obyekt üzrə zərərin həcminin və dərəcəsinin müəyyən edilməsinə obyektiv yanaşmanı təmin edir.
Bu sahədə də şirkətimiz böyük təcrübə toplamış sığorta şirkətlərinə, eyni zamanda digər iqtisadi subyektlərə sığorta ekspertizası xidmətləri göstərir. Şirkət bir neçə il ərzində bu sahədə yüzlərlə iş həyata keçirmişdir ki, əksər hallarda da sığorta hadisəsi üzrə faktların müəyyən edilməsi üzrə tövsiyyə və hesabatların nəticələri sifarişçiləri qane etmişdir.
Hal-hazırda şirkət sığorta ekspertizası bazarının professional iştirakçısı kimi fəaliyyət göstərir və Azərbaycan Respublikasının Maliyyə Nazirliyində bu fəaliyyətin müvafiq qanunvericilik və normativ aktlar çərçivəsində həyata keçirilməsi məqsədilə rəsmi qeydiyyatdan keçmişdir.
«Real Prays» MMC öz fəaliyyətində aşağıdakı sığorta növləri üzrə sığorta ekspertizasını həyata keçirmək hüququna malikdir:
• Əmlakın yanğından və digər əlavə risklərdən sığortalanması;
• Yüklərin sığortası;
• Nəqliyyat vasitələrinin sığortası (KASKO);
• Oğurluq hallarından sığorta;
• Aqrar sahədə sığorta;
• İstixanaların sığortası;
• Digər sığorta növləri.



