Əmlakın qiymətləndirilməsi

Praktiki olaraq bütün dünyada əmlakın qiymətləndirilməsi onun (tipi, xarakteri, coğrafi yerləşməsi, köhnəlmə dərəcəsi, texniki parametrləri və s. nəzərə alınaraq) ədalətli dəyərinin müəyyən edilməsi üçün əsas mexanizm hesab edilir. 

Beynəlxalq praktikada əmlakın qiymətləndirilməsi sahəsində xidmətlərin göstərilməsi funksiyası əksər hallarda birmənalı olaraq yalnız bu istiqamətdə ixtisaslaşmış müstəqil qiymətləndirmə şirkətlərinin kompetensiyasına verirlir. 

İqtisadiyyatda əmlak maddi aktiv kimi əhəmiyyətli rol oynayır və məcmu payı çox yüksəkdir. Əmlakın qiymətləndirilməsinin müəyyən müddət ərzində həyata keçirilməsi zəruridir ki, bu da onun maddi vəziyyətinə uyğun vaxtı-vaxtında real dəyərini müəyyənləşdirməyə imkan verir.

Əmlakın qiymətləndirilməsi, əsas etibarilə alqı-satqı prosesinin həyata keçirilməsini təmin etmək, kreditin alınması məqsədilə girov dəyərinin müəyyən edilməsi, sığortalanma, icarəyə vermə, əmlakın bölüşdürülməsi və s. məqsədlər üçün tətbiq edilir.  «Real Prays» MMC bu qiymətləndirmə metodu üzrə maşın və avadanlıqlar, daşınmaz əmlak və təsnifat üzrə əmlaka aid edilən digər analoji aktivlərin qiymətləndirilməsi üçün öz xidmətlərini təklif edir. 

Əmlakın qiymətləndirilməsi konkret aktivin bazar dəyərinin müəyyənləşdirilməsini nəzərdə tutur ki, bu zaman hər bir qiymətləndirmədə obyektin bütün xüsusiyyətləri nəzərə alınır. Əmlakın qiymətinin müəyyənləşməsinə xidmət edən bir neçə metod mövcuddur.  Əmlakın qiymətləndirilməsi zamanı əmlakın tipi, xarakteri, coğrafi yerləşməsi, köhnəlmə dərəcəsi, texniki parametrləri və s. nəzərə alınaraq bu metodlardan ən uyğunu seçilir və əmlakın real dəyəri müəyyənləşdirilir.