Biznesin qiymətləndirilməsi
Qiymətləndirmənin ən geniş əhatəli növü olaraq, maddi və qeyri maddi aktivlər, daşınmaz əmlak, maşın və avadanlıqlar, ambar ehtiyatları, maliyyə aktivləri, intellektual mülkiyyət, səhmlər və digər maliyyə alətlərinin dəyərinin qiymətləndirilməsi də daxil olmaqla biznes fəaliyyətinin bütün təşkiledici elementlərinin kompleks qiymətləndirilməsini əhatə edir.
Biznesin qiymətləndirilməsinin əsas məqsədi, birinci növbədə biznesin bazar dəyərinin müəyyənləşdirilməsinə xidmət edən ədalətli qiymətinin müəyyənləşdirilməsindən ibarətdir. Bu proses etibarlılığı təmin edir və maraqlı tərəflərə, məsələn mülkiyyətçilərə, biznes alıcılarına, potensial investorlara obyektiv faktlarla tanış olmağa imkan verərək konkret biznesin dəyərinin müəyyənləşdirilməsi üzrə tam hesabatı təqdim edir.
«Real Prays» MMC qiymətləndirmə şirkətinin ədalətli qiymətin müəyyənləşdirilməsi üzrə yanaşması beynəlxalq praktikada tətbiq edilən qabaqcıl təcrübə və qəbul olunmuş metodologiyaya əsaslanır.



