Haqqımızda
2003-cü ildə yaradılmış «Real Prays» MMC qiymətləndirmə və siğorta ekspertizası üzrə xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərir. Ötən müddət ərzində şirkət bazarın professional iştirakçıları arasında yüksək yerini təmin etmiş, özünün formalaşmış kadr potensialı və maddi-texniki bazası hesabına pozitiv imicini yaratmışdır.
Fəaliyyət göstərdiyi sahədə kifayət qədər təcrübə toplayan Şirkət kredit təşkilatları, sığorta şirkətləri, iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən müəssisələrlərə xidmət göstərərək müştəri bazasını formalaşdırmışdır.
Şirkətin başlıca missiyası - obyektiv yanaşma və neytrallığı təmin edən yüksək keyfiyyətli xidmətlərin göstərilməsindən ibarətdir.
«Real Prays» MMC, eyni zamanda qiymətləndirmə fəaliyyəti və siğorta ekspertizası üzrə bütün məsələlərə dair müvafiq məsləhət xidməti göstərməyə də hazırdır.
-
24 saat xidmətinizdə

Şirkət fəaliyyəti üzrə təklif etdiyi xidmətlər arasında öz müştərilərinə 24/7 yeni xidmət növü yaratmışdır. Bu xidmət, sığorta hadisələri baş verən zaman hadisə yerinə şirkətin ekspertlərinin dərhal göndərilməsini, yaranmış vəziyyətin səbəblərinin təcili araşdırılmasını, situasiyanın yerində ilkin qiymətləndirilməsini və hadisə
Ardını oxu... -
Strateji hədəflər

Şirkət gələcək 3 (üç) il ərzində işini səmərəli təşkil etmək məqsədi ilə fəaliyyət göstərdiyi sahədə preoritet hesab olunan inkişaf istiqamətlərini seçmiş və öz qarşısında müəyyən strateji hədəflər təyin etmişdir. Strateji hədəflərin icrası mexanizmləri müvafiq qaydada təyin olunmuş, taktiki və fəaliyyət planları təsdiqlənmişdir.
Ardını oxu...



